PKK-ya tarixi cəza: Bütün şifrələri qırıldı

6-01-2018, 13:59           

Türk hakerlər separatçı terror təşkilatı olan PKK-nın şifrələrinini ələ keçirib.

Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış haker qrupu olan "Sultan Alparslan Hacking Tugayı" son illərdə PKK-nı tərifləyən bəzi internet saytlarına ən böyük kiber hücumu reallaşdırıb. Hakerlər ANF, PKK onlayn, YPG, YJA Star kimi bir çox saytların şifrələrini qırıb.

Xainlərə tarixi cəza verən hakerlər saytların ana səhifəsində separatçı terror təşkilatının lideri Abdullah Öcalanın tutularaq Türkiyəyə gətirilmə görüntülərini yerləşdirib. Sayt şifrələrini qıran hakerlər terror təşkilatına "Bu sayt müvəqqəti olaraq bağlandı”, “Bu kütbaşlara incə bir mesajdır!”, “Sultan Alparslan Haker Briqadası...”, “Bir gecə qəfildən gələ bilərik " mesajları çatdırıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya yönəlik əməliyyatların davam edəcəyini bəyan edərək “Vaxtında, saatında nə edəcəyimizi bilirik. Bir gecə qəfildən gələbilərik” demişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.