İstanbulda gecə klubuna silahlı basqın anbaan kamerada - Ölən var - VİDEO

6-01-2018, 18:57           
İstanbulda gecə klubuna silahlı basqın anbaan kamerada - Ölən var - VİDEO
Silahlı basqın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Hadisə zamanı 1 nəfər ölüb.

Məlumata görə, gecə klubunun ətarafına gələn bir qrup şəxs avtomobilin içindən kluba doğru atəş açaraq hadisə yerindən qaçıb. Silahlı hücumda 16 yaşlı gənc həyatını itirib. Polis hadisə ilə bağlı araşdırma aparır.

Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə ağ rəngdə olan bir avtomobilin gecə klubunun önünə gələrək orada saxladığını və maşında olan şəxslərin əllərindəki silahlarla ön və arxa pəncərədən atəş açdığı görünür. Həmçinin atəş açdıqdan sonra onların avtomobildən düşməyərək hadisə yerindən qaçdığı da kameralara əks olunub. (aznews.az)
[media=https://www.youtube.com/watch?v=BFDCYpDa00w]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru