Tarixçi əsəbiləşdi: O professor ağlını itirib...

8-01-2018, 08:19           
Tarixçi əsəbiləşdi: O professor ağlını itirib...

Türkiyəli tarixçi, yazar İlbər Ortaylı professor Yavuz Örnəyin Nuh peyğəmbərin oğlu ilə telefonda danışması iddialarına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Ortaylı professora digər bir işlə məşğul olmasını məsləhət görüb.
“Bir alim hər şeydən öncə qəbul edilmiş əsas anlayışları, terminologiyanı bilməlidir. Digər işlə məşğul olsun. Bu, olduqca kobuddur. Belə məsələni milyonların qarşısında danışmaq isə ağlasığmazdır
Demək ki, ağlı çatmır bu işə... Orada möcüzədən danışarsan. Vəssalam... Möcüzəni fizika, kimya, yaxud riyyaziyyatla əlaqələndirmək ağılsızlıqdır”, - tarixçi bildirib.
Qeyd edək ki, Türkiyənin TRT televiziyasında yayımlanan “Digər gündəm” proqramına qonaq olan professor Yavuz Örnək Nuh peyğəmbərin gəmiyə minməyən oğlunu razı salmaq üçün mobil telefonla danışdığını iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru