Türkiyə parlamentində dava düşdü — FOTOLAR

8-03-2018, 19:58           

Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında insident yaşanıb.
“Ölkə.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə PKK-nı dəstəkləyən Xalqların Demokratik Partiyasının (HDP) üzvləri arasında dava düşüb.

Millət vəkilləri arasında yaşanan qarşıdurmaya səbəb HDP-li deputatların “Türkiyə ordusu Afrində etnik təmizləmə aparır” fikrini səsləndirməsi olub.

Qarşıdurma zamanı HDP-dən olan 3 nəfər millət vəkili yüngül xəsarət alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.
“Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru