TSQ hücumu: - Afrinlə əlaqə kəsildi

17-03-2018, 14:18           
TSQ hücumu: - Afrinlə əlaqə kəsildi
Afrinin şəhər mərkəzi ilə şimal və qərbdəki kəndlər arasındakı əlaqə xəttinin bu gün kəsiləcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bununla da Mabatlı bölgəsi və digər yerlərdəki YPG terrorçuları küncə sıxışdırılacaq, heç bir yerə qaçmaq şansları qalmayacaq.

Afrinin mühasirəyə alınması ilə şimal və qərb cəbhələrində irəliləyiş davam edib. Son alınan kəndlərlə birlikdə Mabatlı bölgəsi ilə şəhər mərkəzi arasındakı əlaqə kəsilmək üzərədir. Bu gün terrorçuların Afrinlə əlaqəsinin tamamilə kəsilməsi gözlənilir. Beləliklə, Cinderesdən Bülbülə qədər olan xətdə yer alan kəndlərdəki terrorçuların da ərazidən qaçış imkanları sıfra endirilmiş olacaq.

***

Türkiyə Silahlı Qüvvələri və ASO Afrin istiqamətində daha 4 kəndi azad edib.

Bu barədə TSQ-dan informasiya yayılıb.

Məlumata görə, sonuncu azad edilən kəndlərlə birlikdə Afrinlə Mabatlı bölgəsi arasındakı əsas nəqliyyat yolu kəsilib.

Qeyd edək ki, ASO-nun Afrinin mərkəzi hissəsinin girişinə çatdığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru