Rza Zərrab Türkiyəni günahlandırdı

18-03-2018, 11:07           
Rza Zərrab Türkiyəni günahlandırdı
Nyu-Yorkda həbsdə olan Rza Zərrabın vəkilləri iş adamına qarşı irəli sürülən təcavüz ittihamı ilə əlaqədar məhkəməyə müraciət ediblər

Zərrab ərizəsində baş verənlərə görə Türkiyə hökumətini günahlandırıb.

Müdafiə ərizəsində Zərrab qeyd edib ki, haqqındakı iddialar “xəyal məhsulu”dur:

“ABŞ hökuməti adına şahidlik edib, etirafçı oldum. İndi başıma bu işlər gəlir. Türkiyə etiraflarımın nələr ola biləcəyini yəqin edərək, bunun qarşısını almağa çalışdı. Türkiyə hökuməti mənim etirafçı olmaqdan çəkindirmək üçün bir çox işlər gördü. Məni etibarsızlaşdırdılar, cəzalandırdılar, bir çox işçimi və dostlarımı həbs etdilər. Mal varlığıma həbs qoydular”.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.