Bəy öz toyuna gəlmədi — FOTO

20-09-2015, 21:32           

Türkiyənin Hakkari vilayətində müqaviləli peşəkar zabit kimi xidmət edən bəy yol təhlükəsizliyi səbəbilə toyuna yetişməyincə, mərasim onsuz keçirilib.

25 yaşlı çavuş Ahmet Karavelioğlunun atası Hamza Karavelioğlu deyib ki, toy qohumlarının iştirakı ilə davam etdirilib.

Oğlunun 3 ildir çavuş kimi xidmət etdiyini və 1 il əvvəl nişanlandığını söyləyən Karavelioğlu terrorun heç kimə fayda vermədiyini vurğulayıb: “Ən xoşbəxt günündə oğlum yanımda yox. Oğlum toy tarixinin dəqiqləşməsinə və dəvətnamələr paylanılmasına baxmayaraq, Hakkaridə avtomobil yolunun etibarlı olmaması səbəbindən mərasimə qatılmayıb. Terror bəlasının Türkiyə Cümhuriyyətinin ərazisindən getməsini istəyirəm”.

Ana Fatma Karavelioğlu isə oğlunun öz xoşbəxt günündə gəlinin yanında olmadığını və vətəni qoruduğunu deyib: “Oğlum yoxdur, amma nə edək, əlimizdən gələn bir şey yoxdur. Özü olmadan toy etmək məcburiyyətində qaldıq. Qızımla fəxr edirəm. Terror bəlasının bitməsi ən böyük istəyimdir”.

Qayınatası Mustafa Qaraoğlan da terrorun insanları ən xoşbəxt anında bədbəxt etdiyini bildirib: “Gözəl ölkəmizdə terror bitsin. Bunun heç kimə faydası yoxdur. Lənət olsun terrora. Xoşbəxt günümüzdə əlimizi yanımızda görmədik. Qızımın ən xoşbəxt anında nişanlısı yanında ola bilmədi. Vətən sağ olsun”.

Bəyin yanında olmamasına təəssüfləndiyini bildirən gəlin Fatma Karavelioğlu da "Vətən sağ olsun" deyərək göz yaşı töküb.

Dayısı Ahmet Sərracın qoluna girərək, ata evindən ayrılan gəlin Fatma Karavelioğlu, üzərində türk bayrağı və çiçəklə bəzədilən gəlin maşınına təkbaşına minərək, yeni evinə yola salınıb.

Bəyə aid stulun boş qaldığı toy mərasimində gəlin həyat yoldaşının şəkilini qucağına alaraq göz yaşı töküb. 3 gün davam edən toyda dəvətlilər gəlinlə birlikdə oynayıb halay çəkərək əyləniblər. (modern.az)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.