Türkiyə mediası: “Bakı polisi səhv ünvana basqın edib”

21-09-2015, 15:26           

Bakıda nurçulara qarşı keçirilən əməliyyatla bağlı Türkiyə mediasında məlumat yayılıb.

Axar.az xəbər verir ki, “Xəbər 7” informasiya portalı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın “səhvən” baş verdiyini iddia edib.

Xəbərə görə, əməliyyat yayılan yanlış məlumatlar nəticəsində Səid Nursinin tələbələrindən olan mərhum Mustafa Sunqurun oğlunun da aralarında olduğu qrupa qarşı keçirilib. Əməliyyat zamanı saxlanılan şəxslərin isə paralel dövlət ilə heç bir əlaqəsi olmayıb. Hadisələrdən sonra rəsmi Ankara Bakıya məlumat verib və yanlışlığın aradan qaldırılmasını xahiş edib.

Hadisə ilə bağlı AKP millət vəkili Səid Uca “Xəbər 7”-yə açıqlama verib. Deputatın sözlərinə görə, əməliyyat zamanı “səhv ünvana” basqın edilib:

“Azərbaycanın paytaxtı Bakıda təəssüf ki, səhv anlama və istiqamətləndirmə nəticəsində təhlükəsizlik qüvvələri Risaleyi-Nur oxunan evlərə basqın edib. Sözügedən evlərdən azərbaycanlılarla birgə Türkiyədən qonaq gelən türk vətəndaşlar da var. Risaleyi-Nur əsərləri Türkiyə orqanları tərəfindən qadağan olunmayan əsərlərdir və Dəyanət İşləri tərəfindən da nəşr olunur. Prezidentimiz cənab Ərdoğan da Azərbaycana bu əsərlərin cinayət təşkil etmədiyini, bu əsərlərin oxucularının asayiş və təhlükəsizliyi təmin edən yaxşı insanlar olduqlarını bildirib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.