Atatürk heykəlinin yerinə çay stəkanı qoyurlar - Türkiyədə SKANDAL

21-09-2015, 18:25           
Atatürk heykəlinin yerinə çay stəkanı qoyurlar - Türkiyədə SKANDAL
Türkiyənin Rizə şəhərinin mərkəzi meydanında Mustafa Kamal Atatürkün heykəlinin götürülməsi və yerinə çay stəkanı fiqurunun yerləşdirilməsi planı ilə bağlı müzakirələr davam edir. Lent.az odatv.com-a istinadən xəbər verir ki, şəhər bələdiyyəsi aparılan təmir işləri ilə əlaqədar götürülən heykəlin yerinə qaytarılması ilə bağlı əhali arasında sorğu keçiriləcəyini açıqlayıb.

Atatürkçü Düşüncə Dərnəyinin (ADD) Rizə şöbəsinin rəhbəri Ömər Toprak Cumhuriyyətin simvollarının referenduma çıxarılmasını qəbuledilməz olduğunu deyib.

Qeyd edək ki, Rizənin bələdiyyə sədri Reşat Kasap ölkədəki parlament seçkiləri ərəfəsində “10 Numara Projeler” başlığı altında yenidənqurma tədbirlərinə başlayıb. Bu layihənin detalları açıqlandıqdan sonra şəhərin mərkəzi meydanının yenidən qurulacağı, Atatürkün heykəlinin yerinə isə çay stəkanı fiqurunun yerləşdiriləcəyi məlum olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.