PKK- nın yeni "döyüş" texnologiyası - Arvad paltarı geyinib aradan çıxmaq FOTOFAKT

22-09-2015, 10:39           
PKK- nın yeni "döyüş" texnologiyası - Arvad paltarı geyinib aradan çıxmaq FOTOFAKT
Türkiyənin Muş vilayətində təhlükəsizlik qüvvələri PKK terror təşkilatına qarşı əməliyyat keçirib. ANS PRESS-in yertli mətbuata istinadən verdiyi məlumata görə, Varto rayonu polis idarəsi terrorla mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı terrorçuların iznsiz aksiyalarda istifadə etdiyi müxtəlif vasitələr ələ keçirilib.

Əlində "molotof kokteyli" olan ətək geyinmiş terrorçu


PKK terror qruplaşmasının gənclər təşkilatı YDG – H-yə yönəlmiş əməliyyatda istifadəyə hazır 41 ədəd “molotof kokteyli”, 1 bidon benzin, həmçinin çox sayda ətək və müxtəlif geyimlər ələ keçirilib.

Qeyd edək ki, PKK terror təşkilatının üzvləri və dəstəkçiləri əsasən iznsiz aksiyalar zamanı ətəklərdən və qadın geyimindən istifadə edirlər. terrorçuların bu cür geyimlərlə polisə və təhlükəsizlikqüvvələrinə qarşı hücumları dəfələrlə təhlükəsizlik kameralarına yaxalanıb. Bundan əvvəl isə bu cür hallara İstanbul şəhərinin məşhur Taksim meydanında keçirilən “Gəzi parkı” aksiyalarında təsadüf edilmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.