Türkiyədə müvəqqəti hökumətin HDP-dən olan iki naziri istefa verdi

22-09-2015, 23:54           
Türkiyədə müvəqqəti hökumətin HDP-dən olan iki naziri istefa verdi
Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) müvəqqəti hökumətdə (seçki hökuməti) təmsil olunan iki naziri istefa verib.

Partiyanın Mərkəzi Şurasının açıqlamasında HDP-ni seçki hökumətində təmsil edən nazirlər Əli Haydar Konça və Müslim Doğanın tutduqları vəzifədən istefa verdikləri bildirilib.

Bu arada Türkiyə hökumətinin Mətbuat Mərkəzi istefa verən nazirlərlə bağlı yazılı açıqlama yayıb: "Nazirlər Kabinetinin toplantısında Avropa İttifaqı naziri Əli Haydar Konca və inkişaf naziri Müslüm Doğan hökuumət üzvlüyündən istefa vermələrilə bağlı ərizələrini baş nazir Əhməd Davudoğluna təqdim ediblər. Onların istefaları qəbul olunub. Baş nazir Davudoğlu seçki hökumətində təmsil olunduqları üçün onlara təşəkkür edib və bildirib ki, bu onların öz qərarıdır".

Açıqlamada qeyd olunub ki, uyğun nazirliklərə ən yaxın zamanda yeni şəxslər təyin olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru