Ərdoğan və Mey Suriyadakı son vəziyyəti müzakirə ediblər

28-08-2018, 07:26           
Ərdoğan və Mey Suriyadakı son vəziyyəti müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Britaniya baş nazirinin dəftərxanası məlumat yayıb.

Bildirilir ki, tərəflər söhbət zamanı Suriyada hərbi əməliyyatların gərginləşməsindən və "kimyəvi silahdan qanunsuz istifadənin potensial mümkünlüyü"ndən narahatlıqlarını ifadə ediblər.

Mey və Ərdoğan həmçinin regionda stabilliyin bərqərar olması, dinc sakinlərin qorunması və humanitar vəziyyətin dərinləşməsinə yol verməməyin vacibliyini vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru