Məmməd Əminin iki məktubu tapıldı - Mətn
29-09-2015, 11:31
Teleqraf.com saytının əməkdaşı Dilqəm Əhməd "Azərbaycan mühacirət irsinin araşdırılması” adlı layihəsi ilə bağlı bu dəfə Azərbaycan Cümhuriyyətinin əsas siması, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadəyə aid iki məktubu əldə edib.
Xalqxeber.az sayta istinadən xəbər verir ki, bu məktublar Türkiyədən əldə olunub və ilk dəfə olaraq yayımlanır. Polşadan Abbasqulu Kazımzadəyə və Məhəmməd Əli Rəsulzadəyə göndərilmiş məktublarda Məhəmməd Əmin Rəsulzadə sağlamlığı barədə dostlarına məlumat verir.
Hər iki məktub 1932-ci ildə yazılıb.
Birinci məktub/açıqca Mur M.Ali Bey. Kurtuluş, Bozkurt yakası № 41. İstanbul (Turquie) 14/VII/32 Azizim! Ayın 2sinden itibaren Lehistanın (Poşanın – D.Ə) bu şirin ve gözel mesiresinde (parkında D.Ə) istirahatta ve tedavideyim. Sizlere selam. Doktorlar tam istirahat talep ettiklerinden uzun yazmıyorum. Afv et. M.Em.
İkinci məktub/açıqca Kazımzade Abbas Bey Beyazitte, Havuz karşısında "Azerbaycan" kırtasiye mağazasında. İstanbul (Turquie). 8/VIII/32 Azizim Abbas Bey! 25 ve 28/VII tarihli mektuplarını aldım. Verdiğin hoş haberlere teşekkür ederim. Ayın 20sine kadar buradayım; eger havalar düzelse. Çünkü 5 gündür bozuldu, şimdi açılıyor. Sihhatim: İştiham mükemmel, yukum eyi, şeker sıfır, rengim yanık, gözlerim ferlidir (işıqlıdır – D.Ə.) . 2 kilo da artmışam. Bir-iki kilo da alırsam yeter. İçmekte olduğum su naftuşadır. Nefit kokuyor. Neft-su. Mirza Bey yakin ki kartını almıştır. Arkadaşlara selam. Öperim seni. M.Em.
Məktublar "Bakcell” şirkətinin maliyyə dəstəyi hesabına əldə edilib.