Tükürpədən olay: Qardaşlar başlıq puluna görə bacılarını öldürdü

1-10-2015, 12:10           

Türkiyənin Trabzon şəhərində başında güllə vurulmuş və boğazı kəsilmiş qadın cəsədi tapılıb. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis cəsədin suriyalı Semira.H-ya aid olduğunu müəyyən edib. Gənc qadının əri Cuma polisə ifadəsində Semranın iki qardaşını ittiham edib. O, "Dörd ay əvvəl evləndik və başlıq pulu kimi 11 min TL (təxminən 3815 manat) verdim. Dörd qardaşı evliliyə qarşı çıxdı" deyib. Polis Ramiz və Koranı Ərzurumda saxlayıb. Qardaşlardan Ramiz itthamları rədd etsə də, Kora cinayəti törətdiyini etiraf edib. Onların başlıq pulu az olduğu üçün Cumadan əlavə pul istədikləri də məlum olub. Hadisə ilə bağlı istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru