"PKK-nın müvəffəqiyyət əldə etməsi mümkün deyil" - ABŞ-lı mütəxəssisdən sensasion açıqlama

2-10-2015, 20:12           
"PKK-nın müvəffəqiyyət əldə etməsi mümkün deyil" - ABŞ-lı mütəxəssisdən sensasion açıqlama
Dünyanın məşhur terror mütəxəssislərindən olan Sam Bennett PKK-nın ən mühüm faktor olan xalq dəstəyini itirdiyini və müvəffəq olmasının mümkün olmadığını söyləyib.

Avropa.info xəbər verir ki, ABŞ ordusunun Xüsusi Əməliyyatlar Bölməsinin sabiq komandanlarından və qlobal terrorçuluq üzrə mütəxəssislərdən olan Sam Bennett PKK terror təşkilatının son günlərdə başlatdığı aktivlikdən danışıb.

PKK-nın ümumi hücuma keçdiyini, ancaq bunun üçün ən mühüm faktorlardan biri olan xalq dəstəyindən məhrum olduğunu vurğulayan Bennettə görə belə halda təşkilatın müvəffəqiyyət əldə etməsi mümkün olmayan bir işdir.

"PKK-nın taktikaları ilə arxa planı arasında böyük bir ziddiyyət var. PKK-nın indiki mübarizə taktikası tamamilə dəyişib. Yəni bütün xalq və bütün qaynaqlar müharibə üçün səfərbər edilib. Hücumlar bir cəbhədə, yəni yalnız dağlarda deyil, şəhərdə, yollarda, birbaşa qarşı tərəfin polis bölmələrində və hərbi hissələrdə həyata keçirilir.

Bu növ döyüşlərdə silahı buraxmaq ümumiyyətlə müzakirə mövzusu ola bilməz və ümumiyyətlə sonuna qədər davam etmək məntiqi ilə hərəkət edilir. Təəssüf ki, şəhər mərkəzlərində, iqtisadi mərkəzlərdə və turistik bölgələrdə həyata keçirilən terror aktları da bu növdən bir qarşıdurma taktikasına daxildir.

Yaxşı, bəs belə bir qarşıdurmaya necə cavab vermək lazımdır? Cavab isə belə olacaq: - Bu qarşıdurmanın doğulduğu hər mənbəyə hücum etməklə.

Yəni müdafiədə qalıb təhlükəsizlik tədbirlərini artırmaq qarşı tərəfin işinə yarayacaq. Təşkilatın buradakı ziddiyyəti isə gördüyüm qədərilə xalqın dəstəyini ala bilməməsidir. Elə məhz buna görə də təşkilatın müvəffəqiyyət əldə etməsi mümkün deyil."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.