Türkiyə irimiqyaslı əməliyyata başladı: - 17 PKK-çı gəbərdi

2-10-2015, 20:16           
Türkiyə irimiqyaslı əməliyyata başladı: - 17 PKK-çı gəbərdi
Hafta.az-ın Habertürk-ə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı irimiqyaslı hərbi əməliyyatlara başlayıb.

Əməliyyatın bu dəqiqələrdə də davam etdiyi bildirilir. Artıq əməliyyatın ilk bir saatında 17 PKK-lı terrorçunun məhv edildiyi xəbəri yayılıb. Hərbi əməliyyatlar Diyarbəkr rayonunun Silvan qəsəbəsi boyunca aparılır. Hücum prosesi havadan F16, qurdan isə tanklarla həyata keçirilir.

Hücum əməliyyatı çərçivəsində əhalinin küçəyə çıxmaması, küçəyə çıxanların dərhal vurulacağı əmri verilib.

Hal-hazırda Diyarbəkrin cənub hissəsində komendant saatı elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru