Fətullah Gülənə “qırmızı bülleten” hökmü çıxarıldı

3-10-2015, 13:05           
Fətullah Gülənə “qırmızı bülleten” hökmü çıxarıldı
İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsi ABŞ-da yaşayan dini icma lideri Fətullah Gülən barədə “qırmızı bülleten” hökmü çıxarılması üçün Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik Fətullah Gülənin qaçaq olması, ağır cinayətdə şübhəli bilinməsi və gizlənəcəyi ehtimalını nəzərə alaraq onun həbs edilməsi barədə qərar qəbul edib.

Qərarda həmçinin bildirilir ki, dini lider üçün “qırmızı bülleten” çıxarılsın və onun ABŞ-dakı ədliyyə idarələrindən tələb edilməsi üçün prosedura uyğun olaraq Türkiyə Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq və Xarici Əlaqələr baş katibliyinə müraciət yazılsın.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru