Davudoğlu iddialı danışdı: "Təkbaşına iqtidar olacağıq"

3-10-2015, 22:03           

AKP 1 noyabr parlament seçkilərində qəti şəkildə təkbaşına iqtidar olacaq.

Bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu qatıldığı canlı proqramda deyib. O, hazırda Türkiyədə AKP-siz hökumətin qeyri-mümkün olduğunu bildirib:

“Seçki bəyannaməsi ilə bağlı işlərimizi tamamladıq. Bəyannaməni biz yox, xalq yazdı. Gənclərimizə, qadınlarımıza, sahibkarlarımıza müəyyən vədlərimiz olacaq. Biz 1 noyabrda qəti şəkildə təkbaşına iqtidar olacağıq. Hazırda bütün məlumatlar bunu göstərir. AKP-nin olmadığı bir hökumət qeyri-mümkündür”.

Qeyd edək ki, Türkiyədə parlament seçkisi noyabrın 1-də keçiriləcək. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru