İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə

13-09-2019, 06:54           
İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
İsrailin Tel-Əviv Universitetinin alimləri müəyyən ediblər ki, 400 min il əvvəl –erkən paleolit dövründə Aşel mədəniyyətinə aid Levanta ərazisində yaşamış ibtidai insanlar həmin dövrdə olduğundan daha mükəmməl əmək alətlərindən istifadə ediblər.

Azərtac-ın məlumatına görə, alimlər sübut ediblər ki, Aşel insanları daha mükəmməl əmək alətləri hazırlaya biliblər. Onlar böyük alətləri də cilalamağı bacarıblar. Belə ki, arxeoloqlar Revadim kənd təsərrüfatı kommunasında kiçik erkən paleolit dövrünə aid çaxmaq daşı və kiçik hissəciklər aşkar ediblər. Bu ərazidə əvvəllər də müxtəlif artefaktlar, o cümlədən baltalar, heyvan cəsədlərinin qalıqları tapılıb.

Tədqiqatçılar çaxmaq daşından düzəldilmiş 228 məmulatı analiz edərək belə qənaətə gəliblər ki, onların yaşı 300-500 min il arasındadır. O da məlum olub ki, bu alətlərin hamısı konkret məqsədlər üçün, məsələn, ətin doğranması, heyvan dərisinin soyulması və s. istifadə olunub. Hətta heyvanların iç orqanlarını çıxarmaq üçün də məxsusi alətlər düzəldilib. Professor Ran Barkay bildirib ki, Aşel mədəniyyəti dövründə bu ərazidə yaşamış ibtidai insanlar heyvan ovunda da xüsusi alətlərdən istifadə ediblər. Onlar hətta filləri ovlayaraq cəsədin soyulub parçalanması prosesində daha iti və böyük alətlərdən istifadə ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.