Üzən metal hazırlanıb - VİDEO

13-11-2019, 05:42           
Üzən metal hazırlanıb - VİDEO
ABŞ alimləri metala suda batmamağa imkan verən yeni texnologiya yaradıblar.



Yeniavaz.com "ICTnews"a istinadən xəbər verir ki, məlumata görə, tədqiqatçılar maddəyə hidrofob xüsusiyyətlər verən yeni metal emalı üsulu hazırlamağa nail olublar. Yeni metodun mahiyyəti ondan ibarətdir ki, metal materialda çoxlu hava köpükləri yaradan qısa impulslar saçan lazerlə emal olunur. Bunun sayəsində əşya batmayaraq su səthi üzərində qalır.



Qeyri-adi texnologiyanın iş prinsipi videoda nümayiş olunub. Kadrlarda nümunələrdən biri adi alümindən hazırlanıb, ikincisi emal edilərək hidrofob xüsusiyyətlərlə təchiz edilib.



Texnologiya yaradıcılarının sözlərinə görə, hətta dəlikli emal edilmiş material asanlıqla suyun üzərinə çıxır. Bundan başqa, lazerdən istənilən bərk maddənin "üzmək" xüsusiyyətlərinə malik olması üçün istifadə etmək mümkündür.



Texnologiyadan gəmiqayırma və müxtəlif üzən obyektlərin yaradılmasında istifadə planlaşdırılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru