Boyunda duzlaşma ilə necə mübarizə aparmalı? – 5 ÜSUL

18-11-2019, 02:18           
Boyunda duzlaşma ilə necə mübarizə aparmalı? – 5 ÜSUL
Həll olmayan duzlar müxtəlif orqan və toxumalarda toplanıb bərkiyə bilər. Duz kristallarının hansı nahiyədə toplanmasından asılı olaraq, müxtəlif xəstəliklər yaradır. Bunlardan biri də boyun ostexondrozudur.

Əgər boynunuzda xırçıltı, diskomfort, ağrı, göynəmə, hərəkət etdirəndə narahatlıq, baş ağrıları hiss edirsizsə, deməli, boyun fəqərələri və toxumalarında duz kristalları var.

Teref.az Medicina.az-a istinadən boyunda duzlaşmaya qarşı nələr edə biləcəyinizi təqdim edir.

1.Qidalanmanı dəyişməli, bol su içməli, duzları qovan ərzaqlar seçməli, sağlam qidalanmalı. Duz çox zülal qəbul etdikdə də toplanır. Ona görə zülal tərkibli qidaları azaltmaq, göyərti, tərəvəz, meyvə yemək lazımdır.

2.Massaj – boyunun professional masajı qan dövranını yaxşılaşdırır, toxumaları qanla təchiz edib, iltihabı götürür, duzları yumşaldıb qanla qovur

3.Xüsusi gimnastika və hərəkətlər – Bu hərəkətləri sizə fizioterapevt, həkiminiz öyrədə bilər. Eləcə də youtube kanalında müxtəlif boyun gimnastikaları var. Amma bunları müntəzəm və dəqiq etməlisiz. Ostexondrozlu boyunu yanlış olaraq tam dairə ilə fırlatmaq, qəfil sağa sola burmaq olmaz.

4.Elektrofarez – effektiv fizioterapiyadır. Xüsusi toklarla duzlar yumşaldılır, orqanizmdən çıxarılır

5.Dərmanlar – təkcə dərman, maz, iynələrlə problem həll olmur. Amma yenə də nevroloqlar xüsusi preparatlar təyin edir. Amma yuxarıdakılarla birgə dərmanlar effekt verə bilər. Bunlar əsasən ağrıkəsicilər, iltihab əleyhinə vasitələr, qızışdırıcı məlhəmlərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.