Rusiya yeni silahı ilə meydan oxudu: nələrə qadirdir?

3-07-2020, 09:47           
Rusiya yeni silahı ilə meydan oxudu: nələrə qadirdir?
S-500 "Prometey" Yer ətrafındakı hipersonik silahları da məhv etməyə qadir olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Kosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin deyib.

Onun sözlərinə görə, S-500-ün texniki göstəriciləri ona kosmosdan müdafiə sistemlərinin ilk nəsli olmaq haqqı verir:

"S-500 aerodinamik və ballistik, bütün modifikasiyalı hipersonik silahları, o cümlədən yaxın kosmosdakı hədəfləri məhv etməyə qadirdir".

Surovik bu sistemin analoqu olmadığını da vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.