“Çox ciddi yoxlama aparılır” - DYP-dən xəbərdarlıq

4-07-2020, 11:19           
“Çox ciddi yoxlama aparılır” -
“Hazırda bir çox postların yığışdırılmasına baxmayaraq polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən marşrut postlarının hərəkəti gücləndirilib”.

Bu barədə “Qafqazinfo”ya Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

O, insanları müvafiq icazə olmadan evlərini tərk etməməyə çağırıb: “Ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin pozulmasına yol vermiş şəxslər intizam məsuliyyətinə cəlb ediləcək. Bakıda səyyar marşrut postlarından əlavə, piyada naryadlarının sayı artırılıb. Kimsə düşünməsin ki, onun yaşadığı ərazidə post yoxdur və rahatlıqla evdən çıxa bilər. Bir daha hamını xəbərdar edirik ki, çox ciddi yoxlama aparılır. Həmçinin karantin rejiminin sərtləşdirildiyi digər rayonlarda eyni qaydalar tətbiq ediləcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru