Rayonlara gediş-gəlişə bu şərtlərlə icazə verilsin – AÇIQLAMA

15-08-2020, 09:33           
Rayonlara gediş-gəlişə bu şərtlərlə icazə verilsin – AÇIQLAMA
Şəxsi nəqliyyatla rayonlara gediş-gəlişə icazə verilməsinin tərəfdarıyam.

Bunu Axar.az-a millət vəkili Fazil Mustafa baş infeksionist Cəlal İsayevin rayonlara gediş-gəlişə şəxsi nəqliyyat vasitəsilə icazə verilməsi təklifi haqda danışarkən deyib. O bildirib ki, təhlükə aradan qaxdıqdan sonra avtobuslardan istifadəyə icazə verilə bilər:

“Koronavirusa yoluxmamaq üçün ən yaxşı variantlardan biri rayonlara gediş-gəlişin şəxsi avtomobillə olmasıdır. Vətəndaşlarımızın böyük əksəriyyətinin olmasa da, müəyyən qisminin şəxsi avtomobili var. Epidemiya vəziyyətində məsələnin yüngülləşdirici variantına baxılır. Bu məsələyə daha fərqli yanaşmalı və asanlaşdırıcı yol tapılmalıdır. Paytaxtda da avtobusdan istifadə əvəzinə şəxsi avtomobillərdən istifadəyə tam sərbəstlik verilməsinin tərəfdarıyam. Bu gün avtobusda yoluxma riski daha çoxdur. Belə bir vəziyyətdə yüngülləşdirici hansı variant varsa, onu tətbiq etmək lazımdır. Gələcəkdə təhlükə riski azalarsa, şəhərlərarası və rayonlarası avtobuslardan istifadəyə də imkan vermək olar”.

Professor Adil Qeybulla isə bildirib ki, rayonlarla paytaxt arasında gediş-gəlişin bərpası üçün sxem qurulmalıdır:

“Bəzən avtobusda kimsə xəstəliyin daşıyıcısı olur, lakin maskadan istifadə etmir. Səfəri bir neçə saatlıq davam edən avtobuslarda insanların virusa yoluxma ehtimalı çoxdur. Avtobuslarda sosial məsafəni gözləmək, maska taxmaq lazımdır. Sərnişinlər giriş və çıxışda da dezinfeksiya edilməlidir. Bundan başqa, kondisioner işlətməmək şərtilə avtobuslardan istifadə etmək olar. Rayonlararası gediş-gəliş bərpa edilərsə, bütün bunlar düşünülməlidir”.

Qeyd edək ki, baş infeksionist Cəlal İsayev rayonlara gediş-gəliş bərpa ediləcəyi təqdirdə böyük avtobuslardan istifadənin qadağan edilməsini təklif edərək, şəxsi avtomobillərdən istifadəyə üstünlük verilməsinin lazım olduğunu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.