84,8 min yeni iş yerləri açılıb, inanırsınızmı?

15-08-2020, 12:02           
84,8 min yeni iş yerləri açılıb, inanırsınızmı?
Nazirliklər arasında saxtakarlıq müsabiqəsi keçirilərsə, münsiflər heyəti heç tərəddüd etmədən 1-ci fəxri yerə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini layiq görərlər.
Nazirliyə istinad edən Dövlət Statistika Komitəsinin məlumatına inansaq, 2020-ci ilin birinci yarımili ərzində ölkədə 84,8 min yeni iş yerləri açılıb.
Teref.az yazır ki, iqtisadçı ekspert Qubad İbadoğlu araşdırmasını bu cümlələrlə başlayıb. Daha sonra Qubad İbadoğlu yazır:
Görünür ki, heç bir analoqu olmayan 2 aylıq iş yerlərini də yeni açılmış iş yerlərinin tərkibinə daxil ediblər.
Çünki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri bu günlərdə açıqlama vermişdi ki, ölkədə 52 min ikiaylıq iş yerləri açılıb. Nədənsə iki aydan sonra işini itirənlərin, pandemiyaya görə işdən çıxarılanların statistikası açıqlanmır.
Hətta bu ilin aprel ayından başlayaraq statistik məcmuələrdən məşğulluq xidməti orqanlarından rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı da yığışdırılıb. Nazirlik işsizik statistikasını gizlədiyinə görə Azərbaycanın adı bu göstərici üzrə beynəlxalq müqayisələrdən də çıxarılıb.
Qubad İbadoğlu
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.