COVID-19-un zəhərlənmə kimi müalicəsi təklif olunub

28-09-2020, 08:14           
COVID-19-un zəhərlənmə kimi müalicəsi təklif olunub
Simptomların bənzərliyinə görə COVID-19 qanda sərbəst dəmir səviyyəsinin artmasına səbəb olan zəhərlənmə kimi müalicə edilməlidir.

“İzvestiya”nın məlumatına görə, Rusiyanın İ.Canelidze adına Elmi Tədqiqat İnstitutunun Təcili Tibbi Yardım xəstəxanası mütəxəssisləri belə bir təkliflə çıxış ediblər. Onlar öz iddialarında Çinin Siçuan Elm və Texnologiya Universitetinin, həmçinin İbin Universitetinin fərziyyəsinə əsaslanıblar.

Alimlər bildirir ki, COVID-19 zamanı eritrositlərin dağılması və ya dəmirin səviyyəsinin artması ilə bağlı məlumat yoxdur. Ancaq bu, mövcud klinik və laborator əlamətlərdən istifadə etməklə aşkar oluna bilər.

“Əgər bu, təsdiqini tapsa, COVID-19-u bədəni sərbəst dəmirdən təmizləmək üsulları ilə də müalicə etmək mümkün olar”, - deyə o, bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.