Ordumuz ərazilərimizi işğaldan belə azad edir - Düşmən vahimə içərisindədir VİDEO

4-04-2016, 22:42           

Azərbaycan iqtisadi gücünü hərb meydanında da bariz şəkildə nümayiş etdirir. Düşmən ordusu layiqli cavabını alır, susdurulur. Ordumuz ilk dəfə hərbi əməliyyatda ermənilərə qarşı “cəhənnəm silahı”ndan istifadə edib. Ancaq ermənilər bu hücuma nəinki cavab verə bilmir, hətta öz meyitlərini döyüş meydanında qoyub qaçırlar.

Ermənilərin hər bir hücumunun qarşısı layiqincə alınır. Ağır zərbələr endirilərək düşmən ordusu susdurulur.

Güclü ordumuz əks hücumlardan müdafiə olunmaq üçün "cəhənnəm silahı" adlanan "TOS-1 A" "Solntsepyok" ağır reaktiv odsçanlardan istifadə edib. Bu yüksək dağıdıcı gücə, hədəfləri dəqiq məhv etmək imkanına malik silahdan ordumuz hərbi əməliyyatda ilk dəfə istifadə edib.

Ancaq düşmən ordusunun bu hücuma cavab verəcək nə gücü, nə dəki silahı var. Pensiya yaşında olan kişilərini döyüşə çıxaran Ermənistan əsgərləri ordumuzun həmlələrindən vahiməyə düşərək silah-sursatını ataraq mövqelərini qoyub qaçırlar.

Döyüş meydanında qaçan qorxaq ermənilərin öz cəsədlərinə sahib çıxmağa belə cəsarətləri yoxdur.

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, 10-a yaxın erməni meyiti işğaldan azad edilmiş Azərbaycan ərazilərində yiyəsiz qalıb.

Düşmən ordusunda dağınlıq artıq pik həddədir. Ordumuzun üstünlüyü və düşmənə sarsıdıcı zərbələr endirməsindən sonra erməni əsgərlər psixoloji sarsıntılar keçiriblər. Erməni komandirləri xidmətdən boyun qaçırmaq istəyən 17 əsgəri güllələyiblər.

Bu isə düşmənin ciddi mənəvi böhran içində olduğunun əyani sübutudur



“Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir:
[media=https://www.youtube.com/watch?v=OaUCZtcstis]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.