Əvvəl ləzzət verir, sonra burnumuzdan gəlir – Dondurma və fəsadları

3-06-2023, 00:17           
Əvvəl ləzzət verir, sonra burnumuzdan gəlir –
İsti havalarda dondurma və buzlu içkilərə təlabat xüsusilə artır, lakin onlar göründükləri qədər təhlükəsiz deyilllər.

Tribunainfo.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq, Yekaterina Kaşux Gazeta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, boğazın selikli qişasının dözə bildiyi temperaturun qəfil dəyişməsi xəstəliklərə gətirib çıxarır. Bunlardan ən çox rast gəlinənləri faringit (boğazın arxa hissəsinin iltihabı) və laringitdir (qırtlağın selikli qişasının iltihabı).

“Dondurmanın porsiyası nə qədər böyükdürsə və insan onu nə qədər tez yeyirsə, orofarenks bir o qədər çox soyuyur. Müvafiq olaraq, boğaz və badamcıqların iltihabı riski də yüksək olur”, – Kaşux izah edib.

Həkim məsləhət görür ki, xəstələnməmək üçün dondurmanı yavaş-yavaş, xırda-xırda yeməlisiniz. Dondurucudan çıxardıqdan və ya satıcıdan aldıqdan sonra dondurmanın əriməsi üçün beş dəqiqə gözləyin. Və istifadə edərkən bədəni dinləmək lazımdır. Boğazda narahatlıq varsa, yeməyi dayandırmaq lazımdır.

Mütəxəssis həmçinin temperaturun düşməsini və kəskin respirator infeksiyalara yoluxma riskini azaltmaq üçün dondurmanı ilıq kompot, evdə hazırlanmış meyvəli içki və ya ilıq çay içməyi məsləhət görüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.