Rusiyada ayılar qəbiristanlığa "hücum ediblər": Cəsədləri yeməyə çalışıblar

Bu gün, 16:28           
Rusiyada ayılar qəbiristanlığa "hücum ediblər": Cəsədləri yeməyə çalışıblar
Rusiyanın Çukotka bölgəsində üç qonur ayı şəhər qəbiristanlığına yaxınlaşaraq qəbirləri qazmağa çalışıb və güllələnib.

Bu barədə MK.ru nəşri yazıb.

Məlumata görə, heyvanlar Bilibino şəhərində qəbiristanlığı dağıdıblar. Yırtıcılar insanlar üçün təhlükə yaratdığından rayon Təbii Sərvətlər və Ekologiya İdarəsi onların məhv edilməsi barədə qərar qəbul edib.

Ovçular qəbiristanlığın yaxınlığında növbətçi olublar və ayılar yenidən qəbirləri qazıb içinə girməyə cəhd edərkən heyvanları güllələyiblər.

Mütəxəssislərin sözlərinə görə, ayıların şəhər kənarına çıxmalarına balıq və digər qidaların çatışmazlığı səbəb olub. Oxşar hadisələr rayonda əvvəllər də qeydə alınıb.

Səlahiyyətlilər qəbiristanlıqları və zibillikləri qaydasında saxlamağı, həmçinin vəhşi heyvanları qorxutmağa kömək edəcək elektrik çəpərləri quraşdırmağı məsləhət görürlər.

Qeyd edək ki, Çukotka Muxtar Dairəsində qonur ayı ovu rəsmi olaraq avqustun 1-də açılıb və ilin sonuna kimi davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru