Beş milyon illik moda: Arxeoloqlar qədim bəzək əşyalarının sirrini açdılar

Bu gün, 15:47           
Beş milyon illik moda: Arxeoloqlar qədim bəzək əşyalarının sirrini açdılar
Alimlər qədim insanların bəzək əşyalarında xüsusi seçim etdiklərini aşkarlayıblar.

Gazeta.ru-nun verdiyi xəbərə görə, tədqiqat İspaniyanın El-Tesoro və Kueva-del-Oyo-de-la-Mina mağaralarında tapılan 37 fraqment üzərində aparılıb.

Bildirilir ki, tapıntılar 5,3-3,6 milyon il əvvəlki dövrə aiddir və ehtimal ki, Malaqa sahillərindən toplanıb.

Alimlər vurğulayıblar ki, ərazidə yaşayan qədim insanlar bəzək üçün daşlaşmış balıqqulaqlarını istifadə edərkən yalnız iki konkret molyusk növünü - "Paradentalium inaequale" və "Paradentalium sexangulum" seçiblər. Balıqqulaqları cilalanıb, qırmızı oxra ilə boyanıb, dekorativ və bəlkə də ritual məqsəd üçün hazırlanıb.

Tədqiqatçılar qeyd edirlər ki, qədim insanlar daş dövründə fosillər toplayır, bəzən bunu həm faydalı, həm də simvolik məqsədlər üçün edirdilər. Alimlər Avropada belə əşyaların uzaq məsafələrə qədər ticarət olunduğunu qeyd edirlər. Maraqlısı budur ki, neandertallar də fosil toplayan ilk insanlar arasında ola bilərdilər - bunu İspaniyanın şimalında tapılan dəniz qabıqları göstərir. Bəzi fosillər isə sadəcə uşaqların əyləncəsi üçün yığılmış ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru