Bakıda yeni layihə uğurla həyata keçir - FOTO

16-07-2019, 09:29           
Bakıda yeni layihə uğurla həyata keçir - FOTO
Xəbər verildiyi kimi iyul ayının 10-dan etibarən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb. Layihə Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir.

Teref.az xəbər verir ki, hazırlıq dövründə Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülər fəal iştirakı ilə məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilmiş, yeni layihə barədə vətəndaşlara ətraflı məlumat verilmişdir.

Işlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik marifləndirmə işlərini davam etdirir. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Layihənin həyata keçirilməsinin ilk günləri öz müsbət nəticələrini vermişdir. Artıq rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantıların həcmində artım müşahidə olunur. Bunu Konsepsiyanı hazırlayan Mott MacDonald şirkətinin məsul nümayəndəsi də xüsusi qeyd etmişdir. Bildirilib ki, bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi. Lakin sürətlə inkişaf edən ölkəmizdə biz bi işlərə də nail olacağıq və sakinlərimizə eksperimentin ilk günlərində fəal olduqları, bu işlərdə bizə dəstək olduqları üçün öz minnətdarlığımızı bildiririk və Nərimanov rayon sakinlərini layihənin həyata keçirilməsində daha fəal olmağa çağırırıq.

Konsepsiyanın həyata keçirilməsi sürətlə davam edir, gələcəkdə onun digər rayonlarda da tətbiq olunacağı nəzərdə tutulub.

Layihə şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.