Mingəçevirdə mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb

12-11-2019, 12:43           
Mingəçevirdə mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, Bakı şəhər sakini Rafiq İsmayılov Mingəçevir ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı məlumat verib.

Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Anar Həsənov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməlini etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində A.Həsənovun digər cinayət əməllərində də əlinin olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin bir neçə gün öncə daha 3 vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq etdiyi məlum olub. Oğurlanan əşyaların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı olaraq Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.