Tarixdəki ilk qətlin izi Vyetnamda tapıldı

Bu gün, 16:28           
Tarixdəki ilk qətlin izi Vyetnamda tapıldı
Vyetnamda tapılan qədim sümüklər bəşəriyyət tarixində bilinən ən erkən qətllərdən birinə işarə edə bilər.

Bu barədə "Science Alert" portalında alimlər tərəfindən dərc olunan elmi məqalədə məlumat verilib.

Araşdırmalara görə, təxminən 12 min il əvvəl 35 yaşlı bir kişi başqa bir insan tərəfindən öldürülüb.

Sümüklər "Thung Binh 1" mağarasında aşkar olunub. Mağarada, həmçinin işlənmiş kvars ucluğu tapılıb.

Arxeoloqlar hesab edirlər ki, bu ucluq kişinin boyun sümüyünə dəyərək yaralanmaya və infeksiyaya səbəb olub. Nəticədə kişi bir neçə gün və ya həftədən sonra ölüb.

Ekspertlər bildirirlər ki, bu tapıntı həm bölgə, həm də dövr üçün nadir və əhəmiyyətli kəşfdir













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru