Səudiyyə Ərəbistanı "WrestleMania" şousunu keçirmək üçün 250 milyon dollar ödəyib

Bu gün, 16:18           
Səudiyyə Ərəbistanı "WrestleMania" şousunu keçirmək üçün 250 milyon dollar ödəyib
WWE restlinq təşkilatı hər il keçirilən "WrestleMania" flaqman şousunun ilk dəfə olaraq 2027-ci ildə Şimali Amerikadan kənarda - Səudiyyə Ərəbistanında keçiriləcəyini elan edib.

Oxu.Az bu barədə "Vedomosti" nəşrinə istinadla xəbər verir.

Məlumatlara görə, WWE "WrestleMania 43"ü Səudiyyə Ərəbistanında keçirmək üçün 250 milyon dollar alacaq.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı "WrestleMania 43"ü "tarixin ən parlaq şousu" etmək istəyir və artıq bir neçə WWE əfsanəsinin geri dönüşünü hazırlayır. Onlar Dueyn Conson, Stiv Ostin və Şon Mayklz ilə əlaqə saxlamağı planlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru