ABŞ-də 140 il əvvəl itən "kabus gəmi" tapıldı

Bu gün, 16:34           
ABŞ-də 140 il əvvəl itən "kabus gəmi" tapıldı
ABŞ-nin Viskonsin ştatı sahillərində 140 il əvvəl şiddətli fırtınada itən yük gəmisi - "F.J. King" qayığının qalıqları tapılıb.

Oxu.Az xəbər verir ki, məlumatı Viskonsin Tarix Cəmiyyəti və Viskonsin Sualtı Arxeologiya Assosiasiyası təsdiqləyib.

Qalıqlar gölün sahilindəki kiçik Beyli limanı yaxınlığında aşkarlanıb. Uzunluğu 50 metr olan, üçdirəkli "F.J. King" 15 sentyabr 1886-cı ildə Miçiqanın Eskanaba şəhərindən Çikaqoya dəmir filizi daşıyarkən güclü fırtınaya düşüb. Dalğaların təsirindən göyərtəsi dağılan gəmi kapitan Uilyam Qriffin və heyətin bütün səylərinə baxmayaraq batıb. Lakin ekipaj başqa bir qayıq tərəfindən xilas edilərək Beyli limanına aparılıb.

Onilliklər boyu gəminin dəqiq batdığı yer barədə ziddiyyətli məlumatlar onun tapılmasına mane olub. 1970-ci illərdən bəri keçirilən çoxsaylı ekspedisiyalar nəticəsiz qayıtdığından, "F.J. King" "kabus gəmi" adlandırılıb.

Dəniz tədqiqatçısı Brendon Baylodun rəhbərlik etdiyi komanda kapitanın fırtına zamanı yanlış koordinatlar verdiyini ehtimal edərək, axtarışları mayak nəzarətçisinin qeydlərində göstərilən beş kvadrat kilometrlik ərazidə cəmləşdirib. Nəticədə radar suyun altında 50 metrlik obyekt qeydə alıb və gəminin özəyinin bütöv halda qaldığı müəyyən edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru