Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir

28-01-2020, 16:31           
Yasamal sakinləri Ülvi Quliyevin xidmətlərini yüksək qiymətləndirir
Göstərilən etimad, verilən səslər sayəsində 3, 4 və 5-ci çağırışlarda deputat seçilən və yaşadığı dairədən yenidən namizədliyi irəli sürülən Ülvi Quliyev ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də 15 saylı Yasamal birinci seçki dairəsindəki seçicilərinin dəstəyini gözləyir.

Deputatı olduğu ərazidə sakinlərin sosial problemlərinin və qayğılarının həllinə nail olan, rahat və ədalətli mühitdə yaşamasına şərait yaradan Ülvi Quliyevinin gördüyü işlər sakinlər tərərfindən yüksək qiymətləndirilir.

Vətəndaşlar da bu illər ərzində, onların problem və qayğılarından xəbərdar olan Ülvi Quliyevi yenidən bu vəzifədə görmək istədiklərini bildirirlər.

Ülvi Quliyev də sakinləri narahat edən problemləri səlahiyyətləri çərçivəsində dövlət qurumları qarşısında qaldırmaqda və onların problemlərinin həllini tələb etməkdə tərəddüd etməyəcəyini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.