Edmond Tapsoba: “Finala yüksəlmək istəyirik”

10-05-2024, 13:14           
Edmond Tapsoba:
“Bayer 04”ün futbolçusu Edmond Tapsoba final mərhələsinə yüksəlmək istədiklərini deyib.

Məlumata görə, bu mövsüm məğlubiyyət üzü görməyən Leverkuzenin “Bayer 04” klubu “Roma” ilə bugünkü görüşdə də qalib gələrək uğurlu seriyalarını davam etdirmək istəyir.

Komandanın mərkəz müdafiəçisi Tapsoba “Roma” ilə oyunöncəsi mətbuat konfransında açıqlama verib.

“Karyeramda 3-cü dəfə final mərhələsində oynamaq üçün nə lazımdırsa edəcəyəm. Komanda olaraq özümüzü oyuna tam hazırlamışıq. Məşqçimiz Xabi Alonso bizə 2:0 hesablı qələbəni unutdurub. Biz qarşılaşmaya sanki final matçı kimi çıxacağıq”.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mənbə: Bild.de












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.