Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

10-08-2020, 15:30           
 Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 42 yaşlı Muraz Məmmədov saxlanılaraq BPİ-nə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlindəki çantanın içərisindən ümumi çəkisi 2 kq 950 qram narkotik vasitə olan marixuana və 850 qram heroin aşkar edilərək götürülüb. Bundan başqa davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məmmədovun şəhər ərazisində gizlətdiyi 850 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]ail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.