Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

22-09-2020, 22:41           
Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
Teref.az-Ağgöl Milli Parkının və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
“Araşdırma zamanı brakonyerin Beyləqan rayonu Eyvazalılar kənd sakini Afət Sarıyev olduğu və təbiətə 2376 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb”.
B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru