“Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır”

19-06-2019, 16:52           
“Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır”
“Bir gün Gürcüstan oyanacaq və görəcək ki, 20 faiz yox, 100 faiz torpaqları işğal altındadır”.
Turkustan.info-nun xəbərinə görə, bu sözləri ABŞ müdafiə nazirinin sabiq müavini, Pensilvaniya Universitetinin Bayden Mərkəzinin direktoru Maykl Karpenter rəsmi “Twitter” səhifəsində qeyd edib.

“Gürcüstanda cəmi 3 gün keçirdim. Əmin deyiləm ki, hökumət Rusiya ilə “açıq qapı” siyasətinin nəticələrini tam dərk edir. Bu qədər sayda “turistlə” və rusiyalı iş adamları tərəfindən alınan torpaqlarla, onlar bir gün ayılıb görəcəklər ki, 20 faiz yox, 100 faiz torpaqları işğal olunub”, – deyə M.Karpenter yazıb. /APA/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru