Avropanın bu ölkəsi “Uçan əsgər”i təqdim etdi – VİDEO

15-07-2019, 07:15           
Avropanın bu ölkəsi “Uçan əsgər”i təqdim etdi – VİDEO
Dünyada ilk “Uçan əsgər” təqdim olunub. AzEuroNews.com ötən gün Fransada Bastiliya qalasının alınması münasibətilə keçirilən paradda dünyada ilk dəfə “Uçan əsgər”in nümayişi keçirilib. Almaniyanın baş naziri Angela Merkel, Portuqaliya prezidenti Marselo Rebelo de Souza da daxil olmaqla Avropa İttifaqından 11 yüksək rəsmi qonağın və Fransa prezidenti Emanuel Makronun iştirak etdiyi tədbirdə “Uçan adam”ın hərəkətləri maraqla izlənib.

“Flyboard” adlı “uçan maşın” 10 dəqiqə müddətində 190 km/saat sürətlə uça bilir. Paradda aparatı onun ixtiraçısı “jetski” (aquabike) üzrə keçmiş dünya çempoinu fransalı Franki Zapata təqdim edib və onunla havaya qalxıb. Bu qeyri-adi uçan maşından Fransa Silahlı Qüvvələri yaxın vaxtlarda hərbi məqsədlər üçün istifadə edə biləcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.