Viski kralı sərvətinin həcminə görə - BİLL QEYTSİ ARXADA QOYDU

19-07-2019, 09:12           
Viski kralı sərvətinin həcminə görə - BİLL QEYTSİ ARXADA QOYDU
Fransanın ən zəngin adamı, “Louis Vuitton Moet Hennessy” (LVMH) moda evinin sahibi, varidatı 108 milyard dollaradək artan Bernar Arno “Bloomberg Billionaire İndex”in siyahısında ikinci yerə yüksəlib, 107 milyard dollarlıq varidatın sahibi, “Microsoft İnc.” sahibi və təsisçisi Bill Qeytsi isə üçüncü yerlə qərarlaşıb.

FED.az xəbər verir ki, reytinqdə birinci yerdə olan “Amazon.com” satış portalının sahibi Ceff Bezos isə 125 milyard dollarlıq varidatla dünya zənginlərinin siyahısına başçılıq edir.

Bildirilir ki, B.Qeyts daha əvvəl ikinci yerdən aşağı düşmədiyi halda B.Arno yalnız bu ilin iyun ayında dünyada varidatı 100 milyard dollar həddini keçən üçüncü şəxs olub.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.