İran daha iki yeni hərbi texnikasını təqdim etdi - MİNAYA DÜŞƏRKƏN SIRADAN ÇIXMIRLAR

13-08-2019, 19:48           
İran daha iki yeni hərbi texnikasını təqdim etdi - MİNAYA DÜŞƏRKƏN SIRADAN ÇIXMIRLAR
Avqustun 13-də İranın Müdafiə nazirinin iştirakı ilə yeni istehsal olunan iki hərbi texnikanın təqdimatı keçirilib.

İranın müdafiə sənayesi “Rəəd” və “Əras” tipli zirehli avtomobilləri istehsal edərək Müdafiə Nazirliyinə təqdim edib.

Mərasimdə çıxış edən İranın Müdafiə naziri general Əmir Xətami qeyd edib ki, bu hərbi maşınlar tam olaraq İranın milli istehsalıdır. Avtomobillərin heç bir detalı xaricdən gətirilməyib. Onun sözlərinə görə, bu zirehli maşınlar minaya düşərkən sıradan çıxmır. Səhralıq və bataqlıqda sərbəst hərəkət etmək imkanına malik olan avtomobillər İran ordusunun qüdrətini daha da artıracaq.

AzərTAc xatırladır ki, son dövrlər İran milli müdafiə sənayesi bir neçə hərbi texnika istehsal edərək orduya verib. Bunların arasında yeni radar və raket sistemləri də var.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.