Zaxarova Stoltenberqin sözlərində NATO-nun `beyin ölümü` nin təsdiqini gördü

8-11-2019, 11:13           
Zaxarova Stoltenberqin sözlərində NATO-nun `beyin ölümü` nin təsdiqini gördü
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO Baş katibi Yens Stoltenberqin Fransa prezidenti Emmanuel Makronın alyansın "beyin ölümü" ilə əlaqədar dediklərinə reaksiyasını istehzalı şəkildə şərh edib.

Stoltenberg "NATO güclü olaraq qalır, Avropa və ABŞ kollektiv müdafiəni qurur" demişdi. Zaxarova onun sözlərini Facebook-da "smaylik"lə şərh edərək belə yazıb: "Macron da bu barədə danışır".

Bundan əvvəl Makron NATO-nun "beyin ölümü"nü elan etmişdi. O, alyansın "ABŞ və müttəfiqləri arasında strateji qərarlar üzərində koordinasiyanın olmadığını" izah edib və Avropanı özünü "müstəqil geosiyasi qüvvə" olaraq düşünməyə çağırıb.

Zaxarova qeyd edib ki, onun qiymətləndirməsi mövcud vəziyyəti tam əks etdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.