Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri kitab oğurladı və geri çağırıldı - VİDEO

9-12-2019, 08:11           
Diplomatik qalmaqal: Meksikanın Argentinadakı səfiri kitab oğurladı və geri çağırıldı - VİDEO
Meksikanın Argentinadakı səfiri Oskar Rikardo Valero Buenos-Ayresdə mağazadan kitab oğurluğunda ittihamlarla əlaqədar ölkəsinə çağırılıb.

Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin başçısı Marselo Ebrard özünün “Twitter” səhifəsində yazıb.

"Mən Etika komitəsinə məşhur mağazadan kitab oğurluğunda ittiham edilən Argentinadakı səfirlə bağlı hadisəni təhlil etməyi xahiş etdim. Hələlik mən ona evə qayıtmaq barədə göstəriş vermişəm", - deyə nazir yazıb.

“Ateneo” mağazasının müşahidə kameraları 76 yaşlı diplomatın Cakomo Kazanova haqqında kitabı qəzetə bükərək oğurlamağa çalışmasını qeydə alıblar. O, mühafizəçilər tərəfindən yaxalanıb və polisə aparılıb.

"Əgər videonun həqiqətə uyğunluğu təsdiq edilsə, o, dərhal vəzifədən kənarlaşdırılacaq", - Ebrard qeyd edib.

Valero cari ilin avqustunda Argentinada səfir kimi fəaliyyətə başlayıb. Onun dükandan çıxarmaq istədiyi kitabın qiyməti 750 pesodur (20 manat).
/milletinsesi.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru