İlk dəfə özəl şirkət vasitəsilə kosmosa insan göndərildi - Video

31-05-2020, 08:57           
İlk dəfə özəl şirkət vasitəsilə kosmosa insan göndərildi - Video
“Falcon 9” raketdaşıyıcısı göyərtəsində iki NASA astronavtının olduğu “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq birinci və ikinci daşıyıcı hissələri raketdən uğurlu şəkildə ayrılıb.

Bildirilib ki, bu, 2011-ci ildən bəri ABŞ-ın pilot tərəfindən idarə olunan ilk və göyərtəsində adam olmaqla özəl şirkətin (“SpaceX”) həyata keçirdiyi birinci kosmik uçuşdur.

Məlumata görə, raketin uçuşu ikinci cəhddə mümkün olub. İlk uçuş mayın 27-də planlaşdırılsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı. “Crew Dragon” gəmisinin göyərtəsində iki astronavt yola düşüb – Bob Benken və Daq Herli. Gəmi BKS-lə bazar günü birləşəcək.

Astronavtların Yerə qayıdış tarixi hələlik müəyyən olunmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru