Britaniya karantini yumşaltdı

4-07-2020, 17:57           
Britaniya karantini yumşaltdı
Böyük Britaniyada koronavirus pandemiyasına qarşı elan edilən məhdudlaşdırıcı tədbirlər yumşaldılıb.

Publika.az xəbər verir ki, ölkədə bar, kafe, restoran, gözəllik salonları, kino zalları, muzeylər, kitabxanalar, qalereyalar və açıq hava məkanları, həmçinin, bəzi müəssisələrin fəaliyyəti bərpa edilib.

Məhdudlaşdırıcı tədbirlərin yumşaldılması çərçivəsində iki evdə yaşayan insanların bir araya gəlməsinə də icazə verilib.

Lakin bir neçə gün əvvəl karantinə alınan Leyçester şəhəri yeniliklərin xaricində qalıb.

Qeyd edək ki, İngiltərədə karantin rejimi 23 martda başlayıb. 13 maydan etibarən isə yumşaldılmağa davam edir.

Son rəqəmlərə görə, ölkədə 284 min 276 nəfər virusa yoluxub, 44 min 131 nəfər ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.