"Su təchizatına edilən hər 1 dollar həcmində investisiya dövlət büdcəsinə 2 dollar vergi şəklində geri qayıdır".

Bu gün, 12:14           
"Su təchizatına edilən hər 1 dollar həcmində investisiya dövlət büdcəsinə 2 dollar vergi şəklində geri qayıdır".
"Su təchizatına edilən hər 1 dollar həcmində investisiya dövlət büdcəsinə 2 dollar vergi şəklində geri qayıdır".
Bu sözləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində təşkil olunan “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” panelində çıxışı zamanı məlumat verib.

Zaur Qardaşovun sözlərinə görə, su yalnız insanların gündəlik həyatı üçün deyil, həm də biznes fəaliyyətlərinin davamlılığı baxımından əsas resurs hesab olunur: “Sudan effektiv istifadə hər bir biznesin uzunmüddətli, dayanıqlı və uğurlu fəaliyyəti üçün vacibdir. Səmərəli su idarəçiliyi xərclərin azalmasına, əməliyyat səmərəliliyinin artmasına və ekoloji göstəricilərin yaxşılaşmasına imkan yaradır”.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq” tədbirinin rəsmi media tərəfdaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru