O, dünyasını dəyişən anasına məktublar yazırdı və bir gün anası cavab verdi...
Bu gün, 11:54
Mənim adım Emilia Soriano. Mən kiçik bir kənddə poçt şöbəsində işləyirəm. Hər ay təqribən yeddi yaşında bir balaca oğlan əlinə əzilmiş zərfi tutaraq tək gəlirdi. Həmişə eyni adama ünvanlanırdı: “Anama, cənnətə”. Zərfi ehtiyatla poçt qutusuna qoyar, sonra sakitcə uzaqlaşırdı. Aylarla onun eyni şeyi etdiyini gördüm. Və bir gün ürəyim daha dözə bilmədi. Zərif yazı üçün xətti olan bir dostuma zəng etdim. Mən ona bu əhvalatı danışdım. Birlikdə məktub yazdıq. Yumşaq kağız, vanilin qoxusu, böyük hərflə yazılmış cümlələr... Məktubda deyilirdi: "Salam, əzizim. Sənin bütün məktublarını alıram. Onlar məni nurla doldurur. Yazmaqdan heç vaxt əl çəkmə, çünki həmişə dinləyirəm. Məni görməsən də, səninləyəm". Məktubu onun poçt qutusuna qoyduq. Ertəsi gün qaçaraq geri qayıtdı. Məktubu ürəyinə sıxmışdı, gözləri parıldayırdı. O pıçıldadı: "Məni eşitdiyini bilirdim." İlkay Günəş TEREF