"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

Bu gün, 12:58           
"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim
"Dünya dağılsa da, hava limanında badımcan və pomidor taksilərinə minməyəcəm. İnsafı yoxdur onların. İsrafçıdırlar".

Redaktor.az xəbər verir ki, bunu tanınmış həkim Vasif İsmayıl özünün feysbuk hesabında yazıb.

"Əslində, çox rahat taksilərdir. Geniş, hər şey taksi kimi düşünülmüş.

Amma bahadır. Bir az baha olsa, eybi yoxdur deyərəm. Soyğunçudurlar.

Kiminsə kefi damağında olduğu üçün üçün qiymətlərə çox fikir verməyib, rentabellik hesabı görməyəcək qədər fərsiz olduğu üçün məni onların xidmətindən istifadə etməyə məcbur etməsinə imkan verməyəcəm.

Şəkildə London taksilərinin ölüxanasıdır. Şirkət sahibi deyir ki, istismar müddətini doldurub. Ay camaat, 10 ilə maşınınızı çölə tullayırsınız?

Nə sərnişin minmək istəyib, nə sürücü sürmək istəyib. Ona görə ölüxanadadır", - deyə o, əlavə edib.

Xatırladaq ki, Bakıda hava limanından şəhər istiqamətində yalnız "London Premium" və "Bolt Airport" kateqoriyalı taksilərin fəaliyyətinə icazə verilib. Bildirilir ki, bu taksilərlə gediş haqqı 20 manatdan başlayır. Digər taksi şirkətlərinin və fərdi taksi sürücülərinin hava limanından sərnişin daşıması qadağan olunub. Bu isə Rəqabət Məcəlləsinə zidd qərardır.

Onu da qeyd edək ki, London taksiləri Azərbaycanda xalq arasında rənginə görə "badımcan" və "pomidor" adı ilə tanınır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru